Əlaqə nömrəsi

+994 55 2027722

Sualınız var?

office@evimtekstil.az

İş saatları

B.e. - Cümə | 09:00 - 18:00

HAQQIMIZDA

Tekstildə ixtisaslaşmış parça istehsalçısı

Evim Tekstil MMC yerli müəssisə olaraq 2013-cü ildə fəaliyyətə başlamışdır. Əsasən tekstil məhsullarının (bunlara ev tekstili və xüsusi işçi geyimləri daxildir) istehsalı üzrə ixtisaslaşmışdır. Müəssisə olaraq istehsal fəaliyyətini tam və keyfiyyətli yerinə yetirilməsi üçün hər bir maddi-texniki bazaya malikdir. İstehsal fəaliyyətini yerinə yetirmək üçün 5500m2 əraziyə malik olan istehsal seximiz və əlavə olaraq malların saxlanılması və satışı üçün 260m2-lik dükan mövcuddur. Bundan əlavə pərakəndə satış mağazalarımız da mövcuddur. İstehsal sexində tekstil məhsulları və xüsusi geyimlər müasir avadanlıq və təcrübəli işçilər tərəfindən istehsal olunur. İstehsal sexində saf sintifon istehsal edən avadanlıqlar, avtomatik sırıq vuran maşınlar və eləcədə 60-dan çox tikiş avadanlıq mövcuddur ki bu vasitələrlə bütün növ tekstil məhsullarının, yataq dəstlərinin, geyimlərin, kurtkaların, işçi geyimlərinin, astarların hazırlanması mümkündür. Müəssisədə hal-hazırda 120'dən çox işçi çalışır. Müəssisəmizdə çalışan işçilərin çalışdıqları vəzifə və peşə fəaliyyəti üzrə kifayət qədər təcrübələri vardır.

factory-cover

Evim Tekstil MMC 2016-cı ildən etibarən açıq tender müsabiqələrində, dövlət satınalmalarında iştirak edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Təmiz Şəhər ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Aztelekom MMC, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərsu ASC, Azəraqrartikinti ASC kimi müəssisə və dövlət qurumlarının keçirdiyi açıq tender müsabiqələrin qalibi olmuşuq, hal-hazırda davam edən müqavilələrimiz mövcuddur. Hal-hazırda 20-dən çox müəssisə və dövlət qurumu ilə müqavilə əsasında əməkdaşlıq edirik. Çalışdığımız müəssisə və dövlət qurumları arasında Azərbaycanda fəaliyyət göstərən bütün marketlər şəbəkələri ilə, müxtəlif dövlət idarələri ilə və bir çox digər yerli müəssisələr ilə müqavilələrimiz vardır və bu üzrə fəaliyyətimiz davam edir.

image
image
image
image
image
image
image
image